Federal Məhkəmə TikTok platforması ilə bağlı qərar verdi | Banco.az

Federal Məhkəmə TikTok platforması ilə bağlı qərar verdi

Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Məhkəməsi TikTok platformasının qadağan edilməsini bir müddət təxirə salan qərar qəbul edib.

Məlum olduğu kimi, ABŞ hökumətinin TikTok platformasının ölkə ərazisində istifadəsinin qadağan edilməsi üçün verilən möhlət bir müddət əvvəl başa çatmış və uzadılmışdı. Bir neçə gün əvvəl isə uzadılan müddət də sona çatmış, ancaq buna baxmayaraq, TikTok platformasına heç bir sanksiya tətbiq edilməmişdi. İndi isə Federal Məhkəmə məsələ ilə bağlı qərar verib ki, bu yeni qərar platformanın yaxın günlərdə qadağan edilməsi ehtimalını aradan götürür.

Xatırladaq ki, yanvar ayında Ağ Evdə prezident kürsüsü yeni sahibinə veriləcək və Co Bayden ölkənin yeni prezidenti olacaq. Baydenin gəlişi ilə ABŞ-Çin münasibətlərinin necə formalaşacağı isə olduqca maraq doğurur. 

Həmçinin oxu: Çin "TripAdvisor" də daxil olmaqla 100-ə yaxın tətbiqə qadağa qoydu

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram