Tamara Mustafayeva, Banco.az
Çin hökuməti "TripAdvisor" də daxil olmaqla 105 tətbiqin ölkədə istifadəsinə qadağa qoyub.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Çin hökuməti milyonlarla istifadəçiyə təmiz ekosistem təqdim etmək üçün çalışır. Bu səbəbdən də 5 noyabr tarixindən etibarən zərərli olduğu düşünülən bir sıra tətbiqlərin ölkə ərazisində istifadəsi qadağan edilmişdi. Həmin tətbiqlərin sırasına bu dəfə növbəti 105 müxtəlif tətbiq də qoşulub ki, bunların əksər hissəsi mərkəzi Çində yerləşən firmalara aiddir. Ancaq "TripAdvisor" platformasının hansı səbəblə bu siyahıya daxil edildiyi hazırda bəlli deyil.
Hökumət rəsmiləri qadağan edilən tətbiqlərin istifadəçilərdən icazəsiz məlumat toplaması səbəbilə bu sanksiyaya məruz qaldıqlarını bildiriliblər. Çinin bu həmləsinin ABŞ-a cavab reaksiyası olduğunu düşünənlər də var. Məlum olduğu kimi, Tramp hökuməti mərkəzi Çində yerləşən TikTok və WeChat platformalarına sanksiya tətbiq etməklə Çinin narazılığına səbəb olmuşdu.
Həmçinin oxu: Google-dan sadə tapşırıqlarla pul qazandıran mobil tətbiq
Bizi sosial şəbəkələrdən izləyin!!