Federal Ehtiyat Sistemi uçot dərəcəsinin artırılmasını gecikdirib | Banco.az

Federal Ehtiyat Sistemi uçot dərəcəsinin artırılmasını gecikdirib

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsinin artırılmasını bu ilin sentyabr və ya dekabr ayına saxlayıb. FES-in Açıq Bazarlarda Əməliyyatlar üzrə Komitəsi dünənki iclasında uçot dərəcəsini artırmayaraq 0-0,25% diapazonunda saxlayıb. FES işsizliyin azalması və inflyasiyada mülayim artımı müsbət fakt olaraq göstərib. Lakin bunun uçot dərəcəsinin artırılması üçün yetərli olmadığı qeyd olunub.

Banco.az "Report"a istinadən xəbər verir ki, FES-in uçot dərəcəsini artırması ehtimalı daha çox ABŞ-da inflyasiyanın 2% hədəfinə yaxınlaşması amilinə bağlıdır. Bundan başqa, FES-in artım qərarını verməsini əngəlləyən digər səbəblər də var. Bu, Çin iqtisadiyyatının zəifləməsi və neftin ucuzlaşmasıdır. Məhz Çin iqtisadiyyatında son zamanlar açıqlanan zəif göstəricilər neftin qiymətinə də mənfi təsir göstərir. Neftin qiymətinin azalması isə öz növbəsində ABŞ-da deflyasiya risklərini artırıb. Bu səbəbdən FES-in 2015-ci ilin sonuna qədər uçot dərəcəsini artırması sual altındadır. Buna baxmayaraq, FES-in hər iclasda faizlərin artırılması qərarı verməsi ehtimalı qaldığı üçün dollar bütün digər valyutalarla müqayisədə mövqeyini qoruyur.

Ən sərfəli kredit üçün müraciət et