Fed Sentyabrda faizin artırılacağına işarə edir | Banco.az

Fed Sentyabrda faizin artırılacağına işarə edir

ABŞ Mərkəzi Bankının (Fed) iclas protokolları Sentyabr ayında faizin artırılacağına işarə edir.

Protokollara görə, bir çox Fed rəsmisi, iqtisadi göstəricilərin müsbət qalmaqda davam etməsinin faizin artırılması üçün uyğun olduğunu və "yaxın zamanda" faizin artırılmasının mümkün olduğunu bildirib.

TİCARƏT MÜHARİBƏSİ ƏN BÖYÜK TƏHDİDDİR

Fed rəsmiləri ticarət müharibələrinin güclü iqtisadiyyat üçün ən böyük təhlükə yaratdığını qeyd ediblər. Protokollarda, beynəlxalq ticarət gərginliyində artım olarsa, Fed-in mərhələli faiz artımlarına fasilə verə biləcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadi inkişafın ümumi olaraq ilin ikinci yarısında səngiyəcəyi, ancaq yenə də potensialının üzərində olacağı nəzərdə tutulub.

Bazarlarda faiz nisbətlərinin Sentyabr və Dekabr iclaslarında artırılacağı gözlənilir.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et