FED rəhbərinin çıxışından sonra dollar bahalaşır | Banco.az

FED rəhbərinin çıxışından sonra dollar bahalaşır

ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri Canet Yellenin (Janet Yellen) “faizi artırmaq üçün uzun müddət gözləməyin məqbul olmadığını” deyib.

Bundan sonra isə qlobal bazarda dollar bahalaşıb. ABŞ xəzinə istiqrazlarının faizləri günün ən yüksək səviyyəsinə çatıb.

ABŞ pul vahidinin 10 mühüm valyuta qarşısındakı dəyərini göstərən “Bloomberg Dollar Spot” indeksi 0,3% artaraq 30 yanvardan bu yana ən yüksək səviyyəyə, dollar/yen isə iki həftənin zirvəsinə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Avro/dollar məzənnəsi isə 1,0570-dən bir ayın ən aşağı səviyyəsinə enib. ABŞ-ın 10 illik istiqrazlarının faizi altı faiz bəndi artaraq 2,50%-in üzərinə qalxıb. Dollar ABŞ prezidenti Donald Trampın himayəedici maliyyə siyasətlərinə bağlı gözləntilərin yenidən güclənməsi ilə də qalxır.
Avro/dollar cütlüyü yanvarın 16-da 1,0561 səviyyəsinə qədər geriləmişdi.

Dollar/yen cütlüyü 114,00 səviyyəsinin üzərinə yüksələrək 114,40-a çatıb.

Mənbə: Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et