FED maraqla gözlənilən faiz qərarını açıqlayıb | Banco.az

FED maraqla gözlənilən faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED faiz dərəcələrini 22 ilin ən yüksək səviyyəsində sabit saxlayıb.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) qlobal bazarların maraqla gözlədiyi faiz qərarını açıqlayıb.

FED uçot dərəcəsini bu ay da dəyişməyərək 5,25-5,50 faiz aralığında saxlayıb. Qərar yekdilliklə qəbul edilib.

İqtisadçılar da məhz belə bir qərar gözləyirdilər.

Qeyd edək ki, faiz qərarı mətnində ölkədə bank sisteminin sağlam və davamlı olduğu bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram