FED-in uçot dərəcəsi qərarı nə vaxt açıqlanacaq? | Banco.az

FED-in uçot dərəcəsi qərarı nə vaxt açıqlanacaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal birjada investisiyaları olanlar üçün ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı əhəmiyyət kəsb etməyə davam edir.

Banco.az xəbər verir ki, FED sədri Cerom Pauellin cümə günü verdiyi açıqlamalardan sonra mərkəzi bankın faiz artımını dayandırması ehtimalı fonunda iyun ayı üzrə qərarın aqibəti maraqla gözlənilir.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz iclasının təqvimi açıqlanıb.

Bu təqvimə görə, iyunun 14-də FED-in faiz qərarı iclası keçiriləcək və kritik faiz qərarı axşam saatlarında elan olunacaq.

Xatırladaq ki, Fed aprel ayında, yəni ötən iclasda proqnozlara uyğun olaraq uçot dərəcəsini 25 baza bəndi artıraraq 5-5,25 faiz aralığına çatdırmışdı ki, bu da ötən 16 ilin ən yüksək səviyyəsi deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et