FED-in uçot dərəcəsi nə vaxt açıqlanacaq? | Banco.az

FED-in uçot dərəcəsi nə vaxt açıqlanacaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz iclasının təqvimi açıqlanıb.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcəsi qərarından əvvəl valyuta, birja, əmtəə və kripto investorlarının gözləmə mövqeyi davam edir. Bəs FED-in faiz qərarı nə vaxt açıqlanacaq?

İllik təqvimə görə, mayın 2-3-də FED-in may iclası keçiriləcək və kritik faiz qərarı mayın 3-ü axşam saatlarında ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, ötən iclasını mart ayında həyata keçirən FED proqnozlata uyğun olaraq uçot dərəcəsini 25 baza bəndi artıraraq 4,75-5,00 faiz aralığına yüksəltmişdi. Bununla da, mərkəzi bank siyasət faizini 2007-ci ildən bəri qeydə alınan ən yüksək həddə çatdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram