Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr ayı faiz qərarı ilə bağlı araşdırmalara başlanılıb.
Banco.az xəbər verir ki, dollar, qızıl, birja və kriptovalyuta kimi investisiya alətlərinə birbaşa təsir edən FED-in faiz qərarının sentyabr ayında necə olacağı maraq doğurur.
Bəs FED-in sentyabr ayı üzrə faiz qərarı nə vaxt açıqlanacaq?
ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarları ilə bağlı iclas cədvəli açıqlanıb.
Buna görə, FED-in faiz qərarı ilə bağlı iclası 18 sentyabr 2024-cü il çərşənbə günü keçiriləcək və sentyabr ayı üzrə faiz qərarı axşam saat 22:00-da açıqlanacaq.
Xatırladaq ki, FED sədri Pauel iyulun 31-də keçirilən son iclasda faiz endirimlərinin zamanının vacib olduğunu, yüksək faiz dərəcələrinin əmək bazarlarına və iqtisadi artıma zərər verdiyini xatırladaraq sentyabr iclasında faizlərin azaldılmasına başlayacaqlarına işarə etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!