"Fed-in faiz proqnozu 3-də qalarsa, dollar bahalaşa bilər" | Banco.az

"Fed-in faiz proqnozu 3-də qalarsa, dollar bahalaşa bilər"

Qlobal investisiya bankı "Goldman Sachs"a görə, Fed rəsmilərinin 2019-cu ildə faizin neçə dəfə artırılacağına dair proqnozu 2-yə düşmək əvəzinə 3-də qalarsa, Dollar, G - 10 valyutaları qarşısında ilin sonuna doğru yeni zirvələr (ən yüksək səviyyələr) görə bilər.

"Goldman Sachs"ın iqtisadçılarının gözləntisi sayın 2-yə endiriləcəyi istiqamətindədir.

"Goldman"a görə, Fed açıqlamasında ya da mətbuat konfransında ehtiyatlı bir dil istifadə etməməsi vəziyyətində də dollar bahalaşa bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Fed faiz qərarını  dekabrda açıqlayacaq. Fed-in bu iclasda faiz artıracağı gözlənilir. Bir müddət əvvəl ABŞ Mərkəzi Bankının sədrinin verdiyi açıqlamalar Fed-in gələn il faiz artırmağa fasilə verəcəyinə işarə olub. Fed sədri faizlərin neytral səviyyəyə yaxın olduğuni bildirib.

G-10 pulları: ABŞ dolları (USD), Aro (EUR), Funt-sterlinq(GBP), Yapon yeni (JPY), Avstraliya dolları (AUD), Yeni Zelandiya Dolları (NZD), Kanada  dolları (CAD),  İsveçrə frankı (CHF), Norveç kronu  (NOK) və İsveç kronu (SEK).

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et