FED ilin ilk faiz qərarını nə vaxt açıqlayacaq? | Banco.az

FED ilin ilk faiz qərarını nə vaxt açıqlayacaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı ilə bağlı iclas cədvəli dərc olunub.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı qızıl, dollar və kriptovalyuta investorları tərəfindən yaxından izlənilir. Bəs FED faiz qərarını nə vaxt açıqlayacaq?

Belə ki, FED 2023-cü ilin ilk faiz iclasını 31 yanvar və 1 fevral tarixlərində keçirəcək. Qərardan sonra mərkəzi bankın sədri Cerom Pauel bəyanatla çıxış edəcək.

Xatırladaq ki, FED ilin son iclasında uçot dərəcəsini 50 baza bəndi artırmış, bununla da faiz dəhlizini 4,25-4,50 faiz aralığına çatdırmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et