Fed faizləri ENDİRDİ | Banco.az

Fed faizləri ENDİRDİ

ABŞ Mərkəzi Bankı (Fed) faizləri 0,50 bənd aşağı saldı. 

Fed faizləri 1,50-1,75% aralığından 1,00-1,25% aralığına endirib.

Fed-in faizləri 17-18 Martdakı yığıncaqda aşağı salacağı gözlənilirdi.

Fed-dən verilən açıqlamada, "Koronavirusun ABŞ iqtisadiyyatı üçün risklər yaratdığı vurğulanıb, virus riskləri səbəbilə faiz endiriminə gedildiyi" qeyd edilib. 

Açıqlamada, "ABŞ iqtisadiyyatının təməlləri möhkəm qalmaqda davam edir, Fed hadisələri yaxından izləyir və inkişafı dəstəkləmək üçün uyğun siyasəti davam etdirəcək" ifadələri istifadə edilib.  

Fed-in faiz qərarından sonra Dollar əksər valyutalar qarşısında dəyərdən düşüb.

Avro-nun qiyməti 1.1212 dolları görüb.

Türk Lirəsi 1,7% bahalaşıb və Dollar/TL məzənnəsi 6.07 səviyyələrinə düşüb.

marja