Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarından əvvəl investorların maraqla gözləyişi davam edir.
Banco.az xəbər verir ki, qızıl, dollar, birja və kriptovalyutalara birbaşa təsir edəcək FED-in sentyabr ayı faiz qərarından əvvəl analitiklərin faizlə bağlı proqnozları da bəlli olub. Bəs FED-in faiz qərarı nə vaxt və saat neçədə açıqlanacaq?
ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarları ilə bağlı iclas cədvəli dərc olunub.
Buradan görünür ki, 19-20 sentyabr tarixlərində FED-in faiz qərarı ilə bağlı iclas keçiriləcək və kritik faiz qərarı sentyabrın 20-si Bakı vaxtı ilə axşam saat 22:00-da açıqlanacaq.
Qeyd edək ki, iqtisadçılar, əsasən, FED-in faizləri sabit saxlayacağını gözləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!