FED faiz dərəcələrinin bir müddət də yüksək qalacağını açıqlayıb | Banco.az

FED faiz dərəcələrinin bir müddət də yüksək qalacağını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrinin bir müddət də yüksək saxlanılacağını bildirib.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) 13-14 dekabr 2022-ci il tarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının protokollarını dərc edib.

Uçot dərəcəsinin 50 baza bəndi artırılaraq ötən 15 ilin ən yüksək səviyyəsi olan 4,25-4,50 faizə qaldırıldığı bu iclasın protokolları FED-in faiz dərəcələrini bir müddət daha yüksək səviyyədə saxlayacağına işarə edib.

"Komitənin heç bir üzvü 2023-cü ildə federal fondların faiz dərəcəsinin hədəf diapazonunu aşağı salmağa başlamağın məqsədəuyğun olacağını düşünmür", deyə vurğulanan protokollara əsasən bu il də faiz endirimi qərarı verilməyəcəyi bəlli olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et