Tamara Mustafayeva, Banco.az
FED 1990-cı illərdən sonra ilk dəfə kəskin addım atacaq.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Mərkəzi Bankının sədri Cerom Pauellin ötən 40 ilin maksimumuna çatan inflyasiya göstəricisi ilə mübarizə məqsədilə 1990-cı ildən bəri müşahidə olunan ən sərt faiz artımına hazırlaşdığı bildirilib.
Federal Açıq Bazar Komitəsinin 2 gün davam edən iclasının ardınca bu axşam uçot dərəcəsi üzrə 50 faiz bəndi artım açıqlanacağı gözlənilir. Bu, uzun illərdən sonra qeydə alınan ən böyük faiz artımı olacaq. Bəzi qurumlar iyun ayında həyata keçiriləcək iclasda isə 75 faiz bəndi artım proqnozlaşdırır.
İnvestorlar da, öz növbəsində Pauellin sözügedən qərardan sonra baş tutacaq çıxışında növbəti iclaslarda daha yüksək faiz artımı olub-olmayacağı ilə bağlı işarələr axtaracaq.
Bizi sosial şəbəkələrdən izləyin!!