Fed böyük bankların tənəzzüldən xilas olmaq qabiliyyətini yoxlayacaq | Banco.az

Fed böyük bankların tənəzzüldən xilas olmaq qabiliyyətini yoxlayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Federal Ehtiyat Sistemi (Fed) 2023-cü il üzrə bankların stres-testi ssenarilərini dərc edib.

Banco.az xəbər verir ki, bankdan edilən rəsmi açıqlamaya görə, bu il 23 böyük bank stress-testindən keçiriləcək.

Stress-test çərçivəsində sözügedən banklar kommersiya daşınmaz əmlak və korporativ borc bazarlarında artan stresslə fonunda ciddi qlobal tənəzzülə qarşı sınaqdan keçiriləcək.

Açıqlamada hipotetik tənəzzül ssenariləri çərçivəsində bankların dayanıqlığının stress testləri ilə qiymətləndiriləcəyi qeyd edilib və bu ssenarilərin iqtisadi proqnozlar olmadığı vurğulanıb.

Bu ilki ssenaridə ABŞ-da işsizlik nisbətinin 6,5 bəndlik artımla 10 faizlə pik həddə çatdığı, işsizlik nisbətindəki artımın əhəmiyyətli bazar volatilliyi, korporativ istiqraz marjalarında əhəmiyyətli genişlənmə və aktivlərin qiymətlərində azalma ilə müşayiət olunduğu qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et