Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib. Yeni müşavir Rahim Veyis oğlu Əfəndiyevdir.
Bununla da nazirin müşavirlərinin ümumi sayı 11-ə çatıb.
Qeyd edək ki, Rahim Əfəndiyev Nazirliyin ləğv edilən Maliyyə və təminat İdarəsinin rəisi olub. Adıçəkilən idarənin yerində Maliyyə və təminat Departamenti yaradılıb ki, onun da baş direktoru Vəkil Suleymanovdur.
Mənbə: Report.az