Fanta ləzzəti necə yarandı? – Uğur hekayəsi | Banco.az

Fanta ləzzəti necə yarandı? – Uğur hekayəsi

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Fanta, “The Coca-Cola Company” tərəfindən istehsal edilən meyvə dadlı sərinləşdirici içki brendidir. 

Banco.az xəbər verir ki, ilk dəfə 1940-cı ildə Nasist Almaniyasında təqdim edilən bu içkinin dünyada 100-dən çox çeşidi mövcuddur. 

1955-ci ildə İtaliyanın Neapol şəhərindəki qablaşdırma zavodu yerli sitrus meyvələrindən istifadə edərək “Fanta Orange”I  istehsal edib satmağa başladı. 

İkinci Dünya Müharibəsində istehsal edilmiş bu içkinin  adı almanca xəyal dünyası mənasını verən "Fantasie" sözündən gəlir .

Fantasie adı təklif edildikdən sonra satıcı Joe Knipp onu Fanta olaraq dəyişdirməyi təklif edib.

İkinci Dünya Müharibəsindən sonra Fanta ABŞ- da Coca-Cola tərəfindən satışa çıxarıldı və 1960-cı ildə "qeydiyyatdan keçmiş ticarət nişanı" aldı.
Portağallı Fanta ən məşhur Fanta dadı sayılır və 180 ölkədə mövcuddur. Dünyanın ən böyük Fanta istehlakçısı Braziliyadır . Fanta Avropa və Cənubi Amerikada ABŞ - dan daha çox yayılmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Dünyada 70-dən çox Fanta ləzzəti var, amma bəzi ləzzətlər yalnız bir neçə regionda mövcuddur. 

Məsələn, Rumıniyada "Fanta Shokata" adlanan içki mənşəyini Rumıniyanın ənənəvi içkisi " Socată " dan götürüb.
Həmçinin İsveçrə və Hollandiyada yerli meyvə olan qarağatdan Fanta istehsalında geniş istifadə olunur. Bəzi eyni ləzzətlərin müxtəlif bazarlarda fərqli adları var. 


Klassik portağal dadı 2003-cü ildə şimal ölkələri və Belçikada "Fanta Funky Orange" adı ilə bazara çıxarılarkən, digər bütün ölkələrdə məhsul "Fanta Orange" adı ilə tanınırdı. 

Meksikada Fanta şəkərlə hazırlanır, ABŞ versiyasında isə yüksək fruktoza qarğıdalı siropundan istifadə edilir. 
Böyük Britaniyada 2017-ci ildə standart versiyada (şəkərsiz) şəkərin miqdarı 100 ml-də 4,6 q-a endirilib ki, bu da məhsulun ölkədə şəkərli içki vergisinə tutulacaq 5 q-dan aşağı olmasını təmin etsin . Bu, 2016-cı ildən əvvəl istifadə edilən reseptdən üçüncü dəfə aşağı idi, çünki şəkərin bir hissəsi dadlandırıcılarla əvəz edilmişdi.

Ən sərfəli krediti almaq üçün müraciət et