Müəllif - Aida İsaq, Banco.az
Avropa Mərkəzi Bankı 2 faizlik inflyasiya hədəfinə çatmaq üçün faiz dərəcələrini artırmalıdır.
Banco.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının üzvü və İspaniya Bankının sədri Pablo Hernandez de Cos bildirib. Onun sözlərinə görə, hazırda pul siyasəti sərtləşdirilməyə doğru gedir. O, həmçinin, bu istiqamətdə daha irəliyə doğru getməyin önəmli olduğunu vurğulayıb.
Qeyd edək ki, məlumata görə, hazırda investorlar AMB-nin yayın sonuna qədər daha iki faiz artırm qərarını, depozit faizini 3,75 faizə çatdırmasını və gələn il üçün faiz endirimlərinə başlamasını proqnozlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!