Faiz dərəcələri bir rəqəmli olacaq | Banco.az

Faiz dərəcələri bir rəqəmli olacaq

Elman Rüstəmov: “Yaxın gələcəkdə biznes kreditləri üzrə faiz dərəcələri bir rəqəmli olacaq”

İlin əvvəlindən bu günə qədər əhalinin banklara qoyduğu əmanətlər 9% artıb -bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

E. Rüstəmov bildirib ki, son dövrlərdə hüquqi şəxslər tərəfindən qoyulan depozitlərdə də artım müşahidə edilir. Onun fikrincə, bu artım bankların resurs bazasına təsir göstərmir: “Hazırda banklarda bu məsələdə yüksək likvidlik var. Bu da təbiidir, çünki, banklarda bu likvidlik 2 dəfədən yüksəkdir, yəni 30% əvəzinə, 60%-dir. Bankların bu siyasəti də başa düşüləndir. Biz sevinirik ki, bu gün əmanətlər üzrə faizlər artıq 1 dərəcəlidir ki, bu da aşağı xərclər deməkdir”.

Ən sərfəli kredit üçün müraciət et


AMB sədri qeyd edib ki, artıq biznes kreditləri üzrə faizlər də 10,8-10,9% arasındadır: “Bu da “Deutsche Bank”ın faiz dərəcələrinə yaxındır. Yaxın gələcəkdə biznes kreditləri üzrə faiz dərəcələri bir rəqəmli olacaq”.