Facebook Messenger tətbiqinin loqosunu yenilədi | Banco.az

Facebook Messenger tətbiqinin loqosunu yenilədi

Tamara Mustafayeva, Banco.az

Sosial media nəhəngi Messenger tətbiqinin interfeysini yenidən dəyişdirib.

Məlum olduğu kimi, Facebook Instagram və Messenger tətbiqlərinin mesajlaşma xidmətlərini bir-biri ilə inteqrasiya edəcəyini açıqlamışdı. İndi isə bu proseslə bağlı olaraq Messenger tətbiqinin interfeysini yeniləmək qərarı verilib.

Messenger yeni loqosu

Facebook bu yeniləmə ilə Messenger tətbiqində yeni loqo və funksiyaları istifadəçilərin bəyənisinə təqdim edib. Rəngli söhbət temaları, selfi stikerləri və yoxolma rejimi yeni interfeysin tərkibinə daxildir.

Tətbiqin yeni loqosunda mavi rəngin əvəzinə mavi və çəhrayı rəngləri arasında keçid hesab edilən qradient rənginə üstünlük verilib. 

Yeni interfeys istifadəçilərə söhbətləri fərdiləşdirmə imkanı təklif edir. İstifadəçilər selfi fotoşəkillərinə stiker və nişanlar əlavə edə biləcəklər. Messenger və Instagram istifadəçilərinin bir-biri ilə söhbət edə bilməsi üçün yeni funksiyanın isə ilkin mərhələdə Şimali Amerikada sınaqdan keçiriləcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Facebook Messenger istifadəçilərə birlikdə video izləmə imkanı yaradacaq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et