Facebook Messenger istifadəçilərə birlikdə video izləmə imkanı yaradacaq | Banco.az

Facebook Messenger istifadəçilərə birlikdə video izləmə imkanı yaradacaq

Tamara Mustafayeva, Banco.az

Facebook mesajlaşma tətbiqi Messenger üçün istifadəçilərin çox bəyənəcəyi yeni bir funksiya sınaqdan keçirir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sosial media nəhəngi istifadəçiləri Messenger tətbiqi vasitəsilə video izləməyə təşviq etmək üçün "Watch Together", yəni "Birlikdə İzlə" funksiyasını istifadəyə verəcəyi barəsində açıqlama edib. Bu funksiya sayəsində istifadəçilər video zəng əsnasında birlikdə TV proqramlarını və digər müxtəlif məzmunlu videoları izləyə biləcəklər. Sözügedən funksiyanın uzun müddətdir ki, istifadə edilən "Watch Party" ilə oxşar struktura sahib olduğu qeyd edilir. Birlikdə izləmə funksiyasını hər hansı bir səhifə və ya qrup vasitəsilə istifadə etmək mümkün olacaq.

Video konfrans zamanı bu funksiyadan istifadə edilməsi ilə istifadəçilər bir-birlərinin reaksiyalarını görə biləcəklər. Video konfrans zamanı və ya Messenger Rooms söhbətində hər hansı bir istifadəçi hər kəsin izləyə biləcəyi formada videoları seçə biləcək. Xatırladaq ki, sözügedən videoların Facebook platformasında yayımlanması zəruridir. Yəni, Youtube, Snapchat və ya TikTok videolarını izləmək mümkün olmayacaq.

Şirkət bu funksiyanı yaxın həftələrdə istifadəyə verməyi planlaşdırır. Funksiya iOS və Android sistemlərində aktiv olacaq, ancaq masaüstü versiya üçün heç bir açıqlama edilməyib. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Facebook Messenger tətbiqində hər gün 150 milyondan çox video zəng həyata keçirildiyini və 200 milyondan çox video göndərildiyini bildirib.

Həmçinin oxu: Facebook universitet tələbələrinə özəl yeni sosial şəbəkə yaradır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et