Facebook iş dünyasını hədəfləyir | Banco.az

Facebook iş dünyasını hədəfləyir

Dünya səviyyəsində milyonların sosial həyatının parçası olan Facebook yeni bir professional internet şəbəkəsi Facebook at Work ilə iş dünyasını hədəf almağa hazırlaşır. Guardian qəzetinin xəbərinə görə ilk baxışda Facebookun alışılan formatını qoruyacağı təxmin edilən yeni saytla, istifadəçilərin fərdi və professional bilik və əlaqələrini bir-birindən ayıra bilməsi hədəflənir.

Amma Guardian müxbiri Facebookun əvvəlcə, şirkətlərin Əlaqə Texnologiyası nümayəndələrini, bu sahəyə qoyulan məlumatların rəqiblərinin əllərinə düşməyəcəyi mövzusunda razı etməsinin lazım olduğuna diqqət çəkir.

Ən sərfəli kredit üçün müraciət et

Facebook, istifadəçilərin iş yoldaşları və həmkarlarıyla söhbət edə biləcəkləri, məlumat və sənəd paylaşa, ünsiyyətə qura biləcəyi Facebook at Work saytı ilə Google və LinkedIn kimi peşə ünsiyyət saytlarını istifadə edənləri hədəfləyir.

2004-ci ildə ABŞ-da Harvard Universiteti şagirdi Mark Zuckerberg tərəfindən inkişaf etdirilən Facebook, keçdiyimiz Sentyabr ayında 1 milyard 350 milyon aktiv istifadəçiyə çatdı. Bir il əvvəl 1 milyard 190 milyon aktiv istifadəçi idi.

Bəzi şərhçilər inkişaf etməkdə olan ölkələrdə hər kəsin artıq Facebook hesabı olduğunu, onun üçün şirkətin böyümək üçün başqa yollar axtarması lazım olduğunu söyləyirlər.

Ən sərfəli krediti almaq üçün müraciət et