Facebook-dan Növbəti Yenilik - İsmarıcları silə biləcəksiniz! | Banco.az

Facebook-dan Növbəti Yenilik - İsmarıcları silə biləcəksiniz!

Facebook, yeni göndərilən ismarıcları 10 dəq ərzində silmək imkanı verəcək. Funksiya Android və iOS platformaları üzərindən tətbiqin yeni versiyaları üçün keçərlidir.

İsmarıcı silmək üçün kursoru onun üzərində iki dəfə sıxmaq gərəkdir. Daha sonra ekranda yaranan menyu vasitəsi ilə istifadəçi ismarıcları dialoq iştirakçılarının hər biri üçün silə və ya özü üçün gizli saxlaya bilər.

İsmarıclar silinən zaman dialoq iştirakçıları bildiriş vasitəsi ilə məlumatlandırılır.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət yeni funksiyanın təchizatı ilə bağlı məlumatı ilk dəfə 2018-ci ilin aprel ayında paylaşmışdır. O zamana qədər isə ismarıcların silinməsindən yalnız təsisçi Marc Zuckerberg yararlana bilirdi.

Həmçinin oxu: Facebook Moments servisinin fəaliyyətini dayandırır

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et