“Facebook” sosial şəbəkəsindən bildirilib ki, yalan və dələduzluqla assosiasiya edilən maliyyə məhsullarının reklamlarının platformada yerləşdirilməsini qadağan edəcək.
Qadağa xüsusi ilə kriptovalyuta ilə bağlı olan reklamlara şamil olunacaq.
“Facebook”un yeni siyasətinə, əsasən kriptovalyuta kimi insanları aldadan maliyyə məhsulları və xidmətlərin reklamı qadağan olunacaq”, - deyə şirkətin açıqlamasında deyilir. Məsələn, kriptovalyutanın bir növü olan və son vaxtlar haqqında tez-tez danışılan bitkoin də qadağan olunanların siyahısına daxil olub.
Şirkətin açıqlamasında qadağan olunan reklam nümunələri göstərilir:
Bundan başqa, platformada belə təkliflər səsləndirmək mümkün olmayacaq: “Pensiya yığımlarından istifadə edərək kriptovalyuta ala bilərsiniz. İCO-da iştirak edərək kriptovalyutanı güzəşt ilə ala bilərsiniz və s.”.
“Facebook” rəhbərliyi istifadəçilərdən yeni qaydaları pozanları xəbərdar edilməsini də xahiş edib.
“Bu qadağan sosial şəbəkəyə, “Instagram” xidmətinə və “Audience Network” reklam platformasına aiddir”, - deyə şirkətin bəyanatında deyilib.
Qeyd edək ki, daha əvvəl “Facebook”un CEO-su Mark Zuckerberg açıqlamasında demişdi ki, “Yaxın zamanda “Facebook”da “sponsored” reklam, xəbər və s. daha az görünəcək”. Şirkətin təsisçisi bildirmişdi ki, bunun yerinə xəbər lentində “ailə və dost” məzmunlu paylaşımlar daha çox görünəcək.
Platformanın təsisçisi qeyd etmişdi ki, “Facebook” yaradılanda məqsədləri insanlar arasında ünsiyyət artırmaq olub:
“Son dəyişikliklə ola bilər ki, insanlar platformada daha az vaxt keçirdəcəklər, amma keyfiyyət artacaq”, - deyə, M.Zuckerberg sözlərinə əlavə etmişdi.
O, həmçinin bildirmişdi ki, yeni alqoritm bir neçə həftə içində fəaliyyətə başlayacaq.
Facemark.az