Facebook bu reklamları bloklayacaq | Banco.az

Facebook bu reklamları bloklayacaq

ABŞ-da noyabrın 3-də keçiriləcək Prezident seçkisi ilə əlaqədar Facebook bəzi profilaktik addımlar atacaq. 

Bununla əlaqədar şirkət dezinformasiyanın qarşısını almaq üçün seçim nəticələri, eləcə də namizədlərin qələbəsilə bağlı reklamları bloklayacaq. 

The Verge’nin xəbərinə görə, Facebook ötən həftələrdə Prezidentliyə namizəd olan Joe Biden və Donald Trump-ın reklamlarını seçki marafonu boyunca yayımlamayacağını açıqlayıb. 

Bu addımı atmaqda məqsəd dezinformasiyanın qarşısını almaqla yanaşı, şirkəti hansısa namizədi dəstəkləməkdə günahlandıracaq şəxslərlə mübarizə aparmaqdır. 

Qeyd edək ki, daha əvvəl Google da eyni şəkildə seçki ilə bağlı reklamları bloklayacağını açıqlayıb.

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram