Facebook 100 dildə ikitərəfli tərcüməyə imkan verən sistem yaradıb | Banco.az

Facebook 100 dildə ikitərəfli tərcüməyə imkan verən sistem yaradıb

Facebook bir dildən başqa dilə birbaşa tərcümə etməyə imkan verən yeni maşın tərcümə sisteminin hazırlandığını elan edib. 

Gündəlik yalnız "xronikada" avtomatik tərcümə funksiyasından 20 milyard dəfədən çox istifadə edilir.

Bundan əvvəl Facebook ingilis dilindən vasitəçi kimi istifadə edirdi. Yəni, məsələn, Çin dilində yazılmış cümlə əvvəlcə ingilis dilinə, daha sonra lazımi dilə tərcümə edilirdi, bu da tərcümənin ümumi dəqiqliyini aşağı salırdı.

Şirkətdən verilən məlumata əsasən, yeni M2M-100 sistemi 100 dildə birbaşa ikitərəfli tərcümə etməyə imkan verən ilk çoxdilli maşın tərcümə modelidir.

M2M-100 sisteminin öyrədilməsi üçün 7,5 milyard cümlədən çox böyük məlumat həcmi toplanılıb. Mətnlər həm Facebook, həm də internetdən götürülüb.

Ən sərfəli kredit üçün müraciət et

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et