Müəllif: Tamara Mustafayeva, Banco.az
Formula 1 yarışlarına qoşulmağa hazırlaşan “Audi” şirkəti “Sauber”i satın alır.
Banco.az xəbər verir ki, alman avtomobil istehsalçısı “Audi” 2026-cı ildə Formula 1 (F1) yarışlarına çıxmazdan əvvəl İsveçrənin idman avtomobilləri istehsal edən “Sauber” markasının 100 faizini alacağını açıqlayıb.
“Volkswagen” Qrupunun premium markası olan “Audi” 2022-ci ildə verdiyi açıqlamada iki il ərzində artan elektrik enerjisi və 100 faiz dayanıqlı yanacaqları əhatə edən yeni qaydaların qüvvəyə minməsi ilə F1-ə güc bloku təchizatçısı kimi qoşulacağını elan etmişdi.
Bu baxımdan Formula 1-in ən uzunmüddətli komandalarından biri olan “Sauber” ilə əməkdaşlığa başlayan “Audi” artıq bütün komandaya sahib olacaq.
Açıqlamaya görə, 2023-cü ilin əvvəlində İsveçrə əməliyyatının baş direktoru vəzifəsini icra etmək üçün Brianiyanın lüks avtomobil istehsalçısı “McLaren”dən gələn Andreas Seidl Audi F1 Komandasının baş direktoru olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!