“Expressbank”ın səhmdarlarının pay bölgüsü dəyişib | Banco.az

“Expressbank”ın səhmdarlarının pay bölgüsü dəyişib

“Expressbank” ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.

Bu, Bankın nizamnamə kapitalının 18% və yaxud 24 milyon 712 min manat azaldılaraq 137 milyon 257 min manatdan 112 milyon 545 minn manata endirilməsindən sonra baş verib.

Beləliklə, indiyə qədər “Expressbank”ın səhmlərinin 40%-nə nəzarət edən “Azenco Group” MMC payını 48,8%-ə, “Enerqoservis” MMC payını 17,7%-dən 21,6%-ə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti isə payını 0,3%-dən 0,4%-ə çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Əvəzində digər səhmdarlar - Hikmət Xammədovun payı 25%-dən 19,5%-ə, Hafiz Seyidovun payı isə 17%-dən 9,8%-ə düşüb. Göründüyü kimi, Bankın fiziki şəxs səhmdarları nizamnamə kapitalındakı paylarının bir hissəsini geri götürüblər.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et