Expressbank qayğısını əsirgəmədi | Banco.az

Expressbank qayğısını əsirgəmədi

Expressbank Yeni il öncəsi Kimsəsiz uşaqlar evinin sakinlərini sevindirib.

Bank “Qayğımızı əsirgəməyək” şüarı ilə bayram əhval-ruhiyyəsində, bir qədər düşündürücü sonluqla bitən sosial çarx hazırlayıb.

Belə sosial yönümlü addımları ilə tez-tez fərqlənən bank, bu dəfə də ənənəsinə sadiq qaldı. Bankın əməkdaşları əvvəlcə “Şaxta Babanın elfləri” obrazına girərək, Uşaq evinə daxil olublar. Onlar özlərini Şaxta babanın elçiləri kimi qələmə verərək, uşaqların istədikləri hədiyyələrin siyahısını tərtib ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra isə Yeni ilin sevimli atributları birlikdə məkana daxil oldular. Uşaqlar böyük sevinc və həyacan hissi ilə arzuladıqları hədiyyələrinə qovuşdular.

Çarxın ən təsirli hissəsi isə onun sonluğu oldu. Balaca qız Şaxta babanın ona verdiyi oyuncaq iti istəmir və küncə çəkilir. Lakin çox keçmədən o, arzuladığı həqiqi itə qovuşur. Beləliklə, hamının könlü xoş olur.

Qeyd edək ki, kimsəsiz uşaqlar evində çəkilən video çarxın ideyası, ssenarisi, hazırlanması, həmçinin baş rolların ifası Expressbank əməkdaşlarına aiddir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et