Expressbank-ın Gəncə filialı yeni ünvanda! | Banco.az

Expressbank-ın Gəncə filialı yeni ünvanda!

Vətən müharibəsində bütün Azərbaycan xalqı kimi, gəncəlilər də öz rəşadət və qəhrəmanlıqlarını bir daha sübut etdilər. Biz də, Expressbank olaraq ölkəmizin ən qədim şəhərlərindən biri  olan Gəncədə 10 ildən artıqdır ki, filialımızın fəaliyyət göstərməyindən  xüsusi qürur duyuruq. İndi isə Expressbank, Gəncə şəhərində yerləşən filialını yeni ünvanda müştərilərinin xidmətinə təqdim edib. Bankın yeni təmirdən çıxmış filialı  daha geniş, işıqlı, rahat olması ilə yanaşı, burada həm də, xidmət və gözləmə vaxtlarının qısaldılması və bank xidmətlərinin daha əlçatan olması məqsədi ilə bir sıra əlavə tədbirlər görülüb.

Hər zaman xidmət səviyyəsinin keyfiyyəti ilə seçilən Expressbank-ın  Gəncə filialı, fiziki və hüquqi şəxs müştərilərinə geniş çeşidli universal bank xidmətlərini təqdim edir. Belə ki, rahatlığı ilə yanaşı həm də, müasirliyi ilə seçilən bankın, bütün filiallarında olduğu kimi Gəncə filialında da, müştərilərə kassa hesablaşma əməliyyatları, müxtəlif növ kreditlər, əmanətlər, kommunal ödənişlər,  pul köçürmələri, valyuta əməliyyatları, plastik kartların satışı da daxil olmaqla bütün bank xidmətləri göstərilir. Bundan əlavə, bankın Gəncə filialı hüquqi şəxs müştərilərinə bizneslərini inkişaf etdirmək məqsədi ilə sərfəli şərtlərlə,  pandemiyadan zərər çəkmiş sahibkarlara isə subsidiyalı, yəni güzəştli kreditlər təklif edir.

Qeyd edək ki, Expressbank-ın yeni Gəncə filialı  Atatürk pr., 2-ci dalan, 1  ünvanında yerləşir. 

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az  saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et