"Expressbank"-ın bütün pozisiyalar üzrə reytinqləri yenidən təsdiqləndi! | Banco.az

"Expressbank"-ın bütün pozisiyalar üzrə reytinqləri yenidən təsdiqləndi!

Maliyyə Departamenti ilə uzun sürən hesabatlıqların, yazışmaların və danışıqların sonunda bütün pozisiyalar üzrə reytinqlərimiz yenidən təsdiqləndi. Bank sektorunda cari durumu nəzərə alaraq reytinqlərin ən azından eyni səviyyədə saxlanması çox önəmli göstəricidir. Buna baxmayaraq, press relizdə bankın ümumi və maliyyə göstəriciləri keçən ilə nisbətən daha da yaxşılaşdığı öz əksini tapıb. Bu münasibətlə hər birinizi təbrik edirəm və Maliyyə Departamentininin əməkdaşlarına daha bir uğurlu nəticəyə görə təşəkkürümü bildirirəm.

 

Təsdiqlənmiş reytinqlər aşağıdakı kimidir:

  • Long-Term IDR: affirmed at 'B', Outlook Stable
  • Short-Term IDR: affirmed at 'B'
  • Viability Rating: affirmed at 'b'
  • Support Rating: affirmed at '5'
  • Support Rating Floor: affirmed at 'No Floor'

 

Ən sərfəli kredit üçün müraciət et

Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı banklarından biri olan "Expressbank" ASC-nin kredit reytinqini "B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir. “Fitch Ratings” agentliyinin bu proqnozu, “Expressbank” ASC-nin aktivlərinin keyfiyyətini, kapitalın adekvatlığını nəzərə alaraq, mümkün risklərin ödənilməsi potensialını əks etdirir.

Expressbank fərqli xidmət göstərən, 16 filialdan ibarət şəbəkəyə malik, ölkənin aparıcı banklarından biridir.

Bankın xidmətləri barədə  ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.