Expressbank III rübü 8.13 milyon xalis mənfəətlə başa vurdu | Banco.az

Expressbank III rübü 8.13 milyon xalis mənfəətlə başa vurdu

"Expressbank" ASC 2021-ci ilin III rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Bank uğurlu maliyyə nəticələri göstərərək üçüncü rübü 8.13 milyon manat xalis mənfəət ilə başa vurub. Bu da, keçən ilin müvafiq dövrü ilə müqayisədə 9% artım deməkdir.

İllərdir müştərilərinə göstərdiyi yüksək və peşəkar xidmətlə onların etibarını qazanan Bank üçüncü rübdə həm əmanət, həm də kredit portfelini artırmışdır.

Belə ki, Bankın depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 17% artaraq 138.3 milyon manat, kredit portfeli isə 15% artaraq 242.1 milyon manat təşkil edib. Eyni zamanda, Bankın aktivləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% artaraq 328.8 milyon manat təşkil edib.

"Expressbank" ASC qeyd edilən dövr ərzində faiz və qeyri-faiz gəlirlərini də artırmağa müvəffəq olub. İyul-sentyabr ayları üzrə keçən ilin analoji dövrü ilə müqayisədə faiz gəlirləri 2.7% artaraq 30.77 milyon manat, qeyri-faiz gəlirləri 4.7% artaraq 10.08 milyon manat təşkil edib. Bankın faiz xərcləri isə 12% azalaraq 5.28 milyon təşkil edib. Ümumilikdə, Bank üçüncü rübü 25.49 milyon manat xalis faiz gəliri ilə başa vurub.

"Expressbank" ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün prudensial normativlərdən dəfələrlə artıq nəticə göstərməklə bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edib. Belə ki, müvafiq dövrün sonuna Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 39.6%, məcmu kapital adekvatlıq əmsalı 43.39%, leverec əmsalı isə 33.96% təşkil edib. Bankın məcmu kapitalı isə 126.21 milyon manat təşkil edib.

Qeyd etmək istərdik ki,  iqtisadi mühit, müştəri portfelinin dinamikası və keyfiyyəti, artım perspektivləri, şəffaflıq, gəlirlilik, və s. kimi vacib göstəricilər əsasında bankları qiymətləndirən Beynəlxalq Reytinq Agentliyi  "Fitch Ratings" "Expressbank" ASC-nin biznes strategiyası, uğurlu siyasəti, stabil maliyyə göstəricilərinə yüksək qiymət verərək Bankın reytinqini "B" səviyyəli "stabil" proqnozu ilə təsdiqləyib.

Ən sərfəli kredit üçün müraciət et

Şəffaf maliyyə tərəfdaşlığı və müştərilərinin ehtiyaclarını əsas götürərək daim yeni kampaniyalara və layihələrə imza atan "Expressbank" ASC, hər zaman müştəri məmnuniyyətinin təmin olunmasına xüsusi önəm verir.

Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı Bankın rəsmi saytına https://www.expressbank.az/  daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et