ExpressBank 3-cü rübün maliyyə nəticələrini açıqlayıb | Banco.az

ExpressBank 3-cü rübün maliyyə nəticələrini açıqlayıb

Express Bank cari ilin ilk 9 ayı üzrə maliyyə məlumatlarını açıqlayıb.

Bankın III rüb üzrə maliyyə nəticələri 828 min manat mənfəət olmaqla, keçən ilin mənfəət göstəricisini 2 dəfə üstələmişdir. Əməliyyat gəlirləri 2016 ilə müqayisədə 1.1 mln. manat artaraq (18% artım) 7 mln. manatı keçmişdir.

2017-ci ilin üçüncü rübünə olan aktivlərin həcmi 295 mln 369 min  manatdır. Bu ikinci rüb ilə müqayisədə 5,5% (15.3 mln. manat) artım deməkdir.

Müştərilərə verilən kreditlərin həcmində azalma, məqsədli ehtiyatların həcmində isə artım tendensiyası davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda hesabat dövründə əhali əmanətləri 22,5 mln. manat məbləğində artmışdır. 38 min yeni müştəri hesabı açılmışdır (rüblük artım 23%).

İl ərzində yeni sahibkar və hüquqi müştəri sayı 2 mini ötmüşdür (25% artım).

Daha ətraflı şəkildə linkdən keçərək tanış ola bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et