“Express Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək | Banco.az

“Express Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Yanvarın 29-da, saat 12:00-da “Express Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134 C ünvanında olacaq.

Yığıncaqda cari məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8%-i “Azenco Group”a, 21,6%-i “Enerqoservis” MMC-yə, 19,5%-i Hikmət Xammədova, 9,8%-i Hafiz Seyidova, 0,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur. 

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram