“Express Bank”da Əkrəm Həsənovla görüş keçirilib | Banco.az

“Express Bank”da Əkrəm Həsənovla görüş keçirilib

“Express Bank” ASC-də bank sahəsi üzrə ekspert Əkrəm Həsənovla görüş keçirilib.

Görüş Bankın təşəbbüsü ilə baş tutub.

“Express Bank”ın rəhbərliyi ekspertə Bankın ötən ili zərərlə başa vurmasının səbəblərini izah edib və bunu böyük məbləğdə kredit götürmüş 2 müştərinin vaxtında ödəniş etməməsi ilə əlaqələndirib.

Qeyd edək ki, Ə.Həsənov bu günlərdə ölkə mətbuatına “Express Bank”ın zərərlə işləməsi ilə bağlı açıqlama verib. Ekspert açıqlamasında Bankın “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə məxsus olduğunu bəyan edib. Onun fikrincə, “Express Bank”ın mənfəətdən zərərə keçməsi məhz E.Pirverdiyevin vəzifəsindən kənarlaşdırılması ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Express Bank”ın səhmdarları arasında E.Pirverdiyev, eləcə də Pirverdiyev soyadlı heç kim yoxdur. Bankın səhmlərinin 40%-i “Azenco Group”a, 25%-i Hikmət Xammədova, 17,69%-i “Enerqoservis” MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur. 

report.az