Evdən çalışan işçilər tənhalıqdan necə xilas ola bilər? | Banco.az

Evdən çalışan işçilər tənhalıqdan necə xilas ola bilər?

Ofisə getmədən evdən işləmək qulağa xoş gəlir, elə deyilmi?

Tıxac problemi, digər işçilərlə rəsmi ünsiyyət qurmaq zərurəti, iş saatlarına riayət etmə şərti olmadan, günü öz istəklərinizə uyğun proqramlaşdırmaq... Bunlar hər kəsin arzu etdiyi şeylərdir.

Lakin evdən işləmək insanı sosial həyatdan təcrid edə və tənhalığa sövq edə bilər.

Bəs, tam ştat işçilərə, yəni 9 – 6 iş rejimi ilə çalışan insanlara nəzərən tənhalıqla, istəksizliklə ya da məhsuldarsızlıqla necə mübarizə aparmaq olar?

Bugünki məqaləmizdə şirkətdə çalışmasına baxmayaraq ofisə getmədən evdən işləyən və ya əsasən ştatdankənar işçilərin tənhalıqdan və motivasiyasızlıqdan necə xilas ola biləcəyinə dair tövsiyələr qeyd edilmişdir.

Sosial şəbəkələrdən aktiv şəkildə istifadə edin

Related image

İstər “Facebook”, istər “Youtube”, istərsə də “Whatsapp” və ya digər hər hansı sosial şəbəkələr vasitəsilə sizinlə oxşar vəzifələrdə işləyən insanlarla əlaqədə olmağınız, sizə maraqlı olan mövzularda həmin insanlara suallarınızı ünvanlamağınız sizin üçün faydalı olacaqdır.

Görüntülü zənglərdən faydalanın

Image result for video call gif

Ən sərfəli kredit üçün müraciət et

Evdən işləyən insanların öz həmkarları və ya müştəriləri ilə strandart telefon danışıqları əvəzinə “Skype”, “Facetime” kimi vasitələrlə video konfranslar keçirməyi məsləhət görülür. Qarşınızdakı insanın bədən dilini görmək, həmin insanla üzbəüz ünsiyyət qurmaq sosiallaşmağınıza kömək edər və insanlarla daha rahat ünsiyyət qurmağınıza zəmin yaradar.

Həmkarlarınızı tanıyın

Image result for video call gif

Sizinlə eyni işlə məşğul olan digər insanlar haqqında məlumat sahibi olmağınız faydalı olacaqdır.

Ev heyvanı saxlayın

Related image

Harvard Səhiyyə Mərkəzinin həyata keçirdiyi bir araşdırmaya görə, ştatdankənar işçi kimi evdən işləyən insanların 87% - i ev heyvanı saxlamağa başladıqdan sonra daha az stress yaşadıqlarını qeyd etmişlər. Qısası, əgər heyvanlara marağınız varsa, xüsusi alergiyanız yoxdursa və iş mühitiniz də uyğundursa, pişik, it, balıq, quş və dovşan kimi ev heyvanlarını saxlaya bilərsiniz.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et