Ev alqı-satqısında yeni online xidmət | Banco.az

Ev alqı-satqısında yeni online xidmət

“Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” təqdim edilib.

 

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” təqdim edilib. 

Yeni onlayn xidmət istifadəyə verildikdən sonra əvvəl mövcud olmuş bir prosedur aradan qalxacaq. Belə ki, notariusda daşınmaz əmlaka dair alınan alqı-satqı sənədləri artıq onlayn rejimdə qeydiyyat idarələrinə göndəriləcək. Bununla da, vətəndaşın sənədləşmə üçün yenidən qeydiyyat idarəsinə getməsinə ehtiyac qalmayacaq. 

Ümumilikdə isə əgər əvvələr qeydiyyat üçün 4 prosedur tələb olunurdusa, yeni onlayn xiidmətin istifadəyə verilməsindən sonra bu say ikiyə enib. Gələcəkdə isə daha bir neçə yeni onlayn xidmətin istifadəyə verilməsi nəzərdə tutulub. 

Yeni onlayn xidmət vətəndaşlara bir sıra üstünlüklər vəd edir. Bu xidmətin istifadəyə verilməsi nəticəsində vətəndaşların əlavə vaxt sərf etməsinə ehtiyac qalmayacaq. Eyni zamanda, prosedurun daha operativ və şəffaf həyata keçirilməsinə imkan verəcək. 

Hazırda Komitənin fəaliyyət sahəsi üzrə 3 SMS, 31 elektron xidmət, o cümlədən iki onlayn xidmət vətəndaşların istifadəsindədir. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et