Etibarnamə ilə satılan avtomobillərin banklar üçün yaratdığı risklər | Banco.az

Etibarnamə ilə satılan avtomobillərin banklar üçün yaratdığı risklər

Girovda olan avtomobillərə hansı halda həbs qoyula bilər?

Müsahibimiz: Vəkil-ekspert Murad Mirzəzadə

Girovda olan avtomobillərin etibarnamə ilə satılması hazırda geniş yayılıb mı və bu müştərilər, həmçinin banklar üçün hansı riskləri yaradır?

İpoteka qoyulmuş avtomobil  etibarnamə əsasında yalnız ipotekasaxlayanın razılığı əsasında digər şəxslərə verilə bilər. Günümüzün reallığına gəldikdə isə ipoteka yüklü olan avtomobillərin sərəncam hüququ müəyyən edən etibarnamə əsasında digər şəxslərə verilməsi mümkün deyildir. Bu cür etibarnamələrin verilməsi üçün ipoteka saxlayanın razılığı lazımdır. İstifadə hüququ verən etibarnamələr isə mülkiyyətçi tərəfindən sərbəst şəkildə digər şəxslərə verilir və beləliklə də ipoteka ilə yüklü edilmiş avtomobil kənar şəxslərin faktiki istifadəsində olur.

Təəssüfləndirici haldır ki, bu kimi hallardan ipotekasaxlayanlar məlumatsız olur. Qanunvericiliyə əsasən girov (ipoteka) qoyulmuş əmlakın salamatlığının qorunub saxlanması, həmin əmlakdan istifadə edən müqavilə tərəfinin (ipoteka saxlayan və ya ipotekaqoyan) üzərinə düşür.

İpoteka saxlayanın icazəsi olmadan avtomobilin kənar şəxs tərəfindən idarə edilməsi həm kredit borcunun ödənişində gecikmələrin yaranmasına, həm də avtoqəzalar nəticəsində sığorta şirkətlərinin avtomobilin kənar şəxs tərəfindən idarə edilməsi səbəbindən sığorta məbləğini ödəməkdən imtina etməsinə gətirib çıxarır. Nəticədə ipotekasaxlayan, yəni bank ciddi problemlərlə üzləşir.

Çünki avtomobilin, dəyərinin azalması və ya ümumiyyətlə yararsız hala düşməsi son nəticədə verilmiş kreditin qaytarılmasını şübhə altına alır.

Məlumdur ki, avtokreditlər bir çox hallarda formal olaraq normal kredit tarixçəsi olan şəxslərin adlarına sənədləşdirilir. Faktiki olaraq həmin avtomobillər digər şəxslərin istifadəsində olur. Çünki avtomobilin alınması üçün ilkin ödənişi də, kreditlər üzrə aylıq ödəmələri də məhz həmin şəxs ödəyir. Maddi sıxıntıya düşdükdə istifadəçi şəxs eyni qaydada bankın xəbəri olmadan avtomobili başqasına satır və beləliklə ipoteka qoyulmuş avtomobil, “əldən-ələ” keçir, dəyərini itirir, daha sonra lazımsız əşya kimi banka təhvil verilir. Əvvəllər bu problemlər geniş vüsət alsa da Mərkəzi Bankın apardığı uğurlu siyasət nəticəsində artıq bu problem bu gün öz həllini tapmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, heç kim ilkin ödəniş qaydasında 50 % dəyərini ödədiyi avtomobilə səhlənkar yanaşmaz, bacardığı qədər onu qorumağa, qayğısına qalmağa çalışar.

Bu baxımdan hesab edirəm ki, Mərkəzi Bankın bu addımı uğurludur. Digər tərəfdən insanların özündə də bir qədər hüquqi mariflənmə, “oyanma” baş verdi.

Artıq əksər insanlar formal olaraq kiminsə kredit yükünün altına girməkdən çəkinir və birmənalı şəkildə bundan imtina edirlər”.

Avtomobil kreditlərinin şərtlərinin ağırlaşması son dövrlərdə lizinq şirkətlərinin fəaliyyətinə müsbət təsir göstərib. Belə ki, indi əksər insanlar avtomobili məhz lizinq şirkəti vasitəsi ilə alırlar. Lizinqdə is risk minimumdur. Birinci ona görə ki, lizinqə verilmiş avtombil lizinq şirkətinin mülkiyətindədir, məhkəməyə müraciət etmədən istdiyi vaxt etibarnaməni ləğv etməklə avtomobili geri ala bilər. İkinci lizinq alana etibarnamə  aylıq əsasla verilir. Yəni hər ay lizinq ödənişini edirsən və növbəti ay üçün bir aylıq etibarnamə alırsan.

Son olaraq müştərilərə bu kimi hallardan qorunmaq üçün tövsiyələriniz.

Bu kimi hallardan qorunmaq üçün bankın avtomobil sahiblərinə tez-tez monitorinq etməsi vacibdir. Lakin bu müştərini incitmədən və narazı salmadan edilməlidir. Monitoriq dedikdə məhz avtomobilin həmin şəxslər tərəfindən idarə ediləməsinə əmin olmaq üçün müəyyən tədbirlərin həyata keçirilməsini nəzərdə tuturam.

Digər tərəfdən əgər avtomobilin kredit ödənişi davamlı olaraq kənar şəxs tərəfindən ödənilirsə bu artıq avtomobilin kənar şəxsin istifadəsində olmasına dair həyəcan siqnalıdır”.

Bunlarla yanaşı müştəri seçimi, onların kredit tarixçəsi, şəxsi keyfiyyətləri və s. amilləri də nəzərə almaq lazımdır. 

Ən sərfəli krediti almaq üçün müraciət et