Etibar Əliyev "Texnika Bank"a qayıtdı | Banco.az

Etibar Əliyev "Texnika Bank"a qayıtdı

Bir neçə gün əvvəl “Texnika Bank”ın keçmiş sədri Etibar Əliyevin yenidən həmin bankın rəhbərliyinə qaytarılacağı haqda xəbər vermişdik.

“Qafqazinfo” xəbər verir ki, bu gün bankın keçmiş sahibi artıq geriyə dönüş edib. Belə ki, bankda toplantı keçirilib və E. Əliyev Texnika Bankın Müşahidə Şurasının sədri seçilib. Hazırda bankda Milli Bankın nümayəndələrinin iştirakı ilə təhvil-təslim işləri gedir.

Ən sərfəli kredit üçün müraciət et

“Qafqazinfo”ya açıqlamasında E. Əliyev fakı təsdiq edib. O, bildirib ki, ilk işi bank kollektivi ilə toplantı keçirib yaranmış problemləri dəyərləndirmək, təhlil etmək və bu problemlərin həlli yollarını tapmaq olacaq. O, bankın əvvəlki nüfuzunun geri qaytarılacağını qeyd edib.

Bundan başqa bankın Mərkəzi ofisi yenidən Atatürk prospektində yerləşən binaya köçürüləcək.
Onu da qeyd edək ki, E. Əliyev yaxın günlərdə mətbuat konfransı keçirəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et