"Ethereum"un qiyməti rekord vurdu | Banco.az

"Ethereum"un qiyməti rekord vurdu

Tamara Mustafayeva, Banco.az

Ethereum qlobal birjalarda risk iştahasının artması ilə 2000 dolları üstələyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ikinci aparıcı kriptovalyuta növü olan Ethereum həftənin ilk iş günündən bəri 20% yüksələrək bu gün yeni rekorda imza atıb. Daha sonra qismən geriləyən kriptovalyuta növü hazırda 1988 dollara icra edilir.

Qeyd edək ki, ən dəyərli kriptovalyuta hesab edilən Bitkoin isə həftənin əvvəlindən bəri 8%-dən çox yüksəlmiş, Litekoində isə 13,48% artım müşahidə edilmişdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et