Ethereum yeni rekorda imza atdı | Banco.az

Ethereum yeni rekorda imza atdı

Tamara Mustafayeva, Banco.az

Ethereum yeni rekorda imza atıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Bitkoinin gün ərzində sürətli yüksəlişlə 61 min dollar səviyyəsini keçdiyi əsnada ikinci ən dəyərli kriptovalyuta növü olan Ethereum da 2199 dollara yüksəlməklə növbəti rekorda imza atıb.

Qeyd edək ki, Bitkoin ötən həftə kəskin bahalaşmaqla 61 min 208 dollar səviyyəsinə yüksəldikdən sonra yenidən ucuzlaşaraq 58 min dollara geriləmişdi. Həftənin ilk iş günündə ötən həftəki rekordunu yeniləyən Bitkoin tərqibən 2%-lik artımla hazırda 60 min 700 dollardan icra edilir. Litekoin isə gün ərzində 2%-dən çox artımla 256 dollar səviyyəsinə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et