Ethereum-un yaradıcısı Vitalik Buterin: 'Bir neçə ildən sonra Ethereum, Visa-nı əvəz edəcək' | Banco.az

Ethereum-un yaradıcısı Vitalik Buterin: 'Bir neçə ildən sonra Ethereum, Visa-nı əvəz edəcək'

Ethereum-un yaradıcısı Vitalik Buterin-in fikrincə artıq gələn ildən başlayaraq Ethereum blockchain-i, Visa kimi böyük maliyyə servisləri üçün real problem ola bilər. Techcrunch Disrupt tədbiri iştirakçılarının suallarını cavablandıran zaman Buterin bildirib ki, blockchain texnologiyalarının, ənənəvi sahələrə keçidini reallaşdırmaq mövzusunda təhlükəsizlik ən böyük problemlərdən biridir. Bu haqda Banco.az portalı  technote.az saytına istinadən məlumat verir. 

Lakin bu problem aradan qaldırılandan sonra tokenlərin, ciddi maliyyə biznesinə daxil olmasına və ənənəvi Visa sistemini əvəz etməsinə heçnə mane olmayacaq. Blockchain ətrafında yaranmış böyük səs küyə baxmayaraq bu texnologiyadan istifadə edən tətbiqlər hələ də yaxşı şəkildə inkişaf etməyiblər ki, onlardan daha geniş sahələrdə istifadə etsinlər.

Ən sərfəli kredit üçün müraciət et

Lakin bir neçə ildən sonra və ya yaxın zamanda Ethereum kimi olan blockchain texnologiyalar, müxtəlif sahələr üçün qıcıqlandırıcı faktror rolunu oynayacaqlar. Bununla yanaşı Buterin düşünürsə ki, Ethereum, Visa-nı əvəz edə biləcək potensiala sahibdir, Amazon Web Services kimi böyük bulud texnologiyaları barəsində onun fikirləri tamamilə fərqlidir. Bulud sənayesini əvəz etmək üçün blockchain, özəl şirkətləri inandırmalıdır ki, onun desentralizasiya strukturu, konfidensial kontentin yerləşdirilməsi üçün lazımi təhlükəsizliyə sahibdir.

Buterin-in fikrincə bu, yaxın bir neçə il ərzində baş verməyəcək. Son günlərdə kriptovalyutalar bazarında vəziyyət qeyri-stabildir. Belə ki, Çində ICO-ya qadağa qoyulduğu üçün bitcoinin qiyməti gah düşür, gah da qalxır. Bugün paylaşdığımız məlumata əsasən isə Çində həmçinin bitcoinin alışı və satışına da qadağa qoyulması düşünülür.

Ən sərfəli krediti almaq üçün müraciət et