Estoniya şəkərli içkilər üçün vergi tətbiq etdi | Banco.az

Estoniya şəkərli içkilər üçün vergi tətbiq etdi

Müəllif:Ayşən İmanova/Banco.az

Estoniya hökuməti şəkərli içkilərə vergi və ya “limonad vergisi” haqqında qanun layihəsini təsdiqləyib.

Banco.az xəbər verir ki, vergi dərəcələri məhsulun tərkibindəki şəkərdən və dadlandırıcıların istifadəsindən asılıdır. Belə ki, 100 millilitr içkidə 5 qramdan çox şəkər olan içkilər vergiyə cəlb olunacaq. Tərkibində 5-8 qram şəkər olan içkilərə litr üzrə 0,15 avro vergi tutulacaq.

100 mililitr içkidə 8 qramdan çox şəkər olan içki, litri üçün 0,45 avro vergiyə cəlb ediləcək, tərkibində yalnız dadlandırıcı olan və ya tərkibində həm şirinləşdirici, həm də şəkər olan içki - 100 millilitr içkiyə 5 qramdan az - şirinləşdiricinin miqdarından asılı olmayaraq litr üçün 0,15 avro vergi tutulacaq.

"Verginin tətbiqi sakinləri daha az şəkərli, şəkərsiz və ya dadlandırıcı olmayan içkilərdən istifadə etməyə həvəsləndirmək və insanların sağlamlığını yaxşılaşdırmaqdır", - baş nazir Kaya Kallas mətbuat konfransında bildirib.

Qeyd edək ki, qida əlavələri kimi istifadə edilən mayelər şəkərli içkilər sayılmır. Şəkər və ya dadlandırıcı əlavə olunmayan meyvə, giləmeyvə və tərəvəz şirələri, süd və süd məhsulları, o cümlədən süd əvəzinə istehlak edilən bitki mənşəli içkilər də vergidən azaddır.

Ən sərfəli kredit üçün müraciət et

Parlament bu qanunu təsdiq edərsə, 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et