Estoniya hökuməti köhnə avtomobillərə xüsusi vergi tətbiq etməkdən imtina etdi | Banco.az

Estoniya hökuməti köhnə avtomobillərə xüsusi vergi tətbiq etməkdən imtina etdi

Eston siyasətçiləri və iqtisadçıları hesab edirlər ki, ölkəyə köhnə və ya ekoloji tələblərə cavab verməyən dizellə çalışan avtomobillərin gətirilməsinə vergi qoymaq çıxış yolu deyil. Onun əvəzində ölkədəki bazara nəzarəti möhkəmlətmək və əhali arasında ictimai nəqliyyatdan istifadə ilə bağlı təbliğatı gücləndirmək lazımdır.

Hazırda Estoniyada yaşı 16 ildən çox olan 750 min nəqliyyat vasitəsi var. Müqayisə üçün deyək ki, bu rəqəm İsveç, Finlandiya, Almaniya və Böyük Britaniyada 8-10 ilə bərabərdir. Qonşu Latviya və Litvada isə 16 ildən yüksəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Köhnə dizel avtomobilləri ekoloji tələblərə cavab vermədiyindən inkişaf etmiş Avropa ölkələrində tədavüldən sürətlə yığışdırılır və onlar kütləvi surətdə Şərqi Avropaya gətirilib satılır.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et