Estoniya 2024-cü ildə ÜDM-in 3,4%-ni müdafiəyə xərcləyəcək | Banco.az

Estoniya 2024-cü ildə ÜDM-in 3,4%-ni müdafiəyə xərcləyəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Estoniya bu il ÜDM-in 3,4%-ni müdafiəyə xərcləyəcək.

Banco.az xəbər verir ki, bunu ölkənin baş naziri Kristen Mixal ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığında deyib.

"Rusiya təhlükəsinin artdığını nəzərə alsaq, NATO-nun 2%-lik müdafiə xərcləri hədəfi artıq kifayət deyil. Gələn il Haaqada keçiriləcək NATO-nun yekun sammitində yeni birgə müdafiə xərcləri hədəfi razılaşdırılmalıdır", - deyə Mixal bildirib.

Ən sərfəli kredit üçün müraciət et

O, Estoniyanın NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsinə və Avropada müdafiə investisiyalarının artırılmasına dəstəyini bir daha təsdiqləyib.

"Estoniya ABŞ-nin arxayın ola biləcəyi transatlantik əlaqələrə sadiq müttəfiq olaraq qalır", - baş nazir vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Estoniya hökuməti hərbi müdafiə xərclərinin ümumi daxili məhsulun 3,3%-ni təşkil edəcəyini bildirmişdi. Bundan əlavə, dövlət növbəti 4 il ərzində daxili milli təhlükəsizliyə əlavə 219 milyon avro ayıracaq.