Estoniya 1,1 milyard avro dəyərində sursat alacaq | Banco.az

Estoniya 1,1 milyard avro dəyərində sursat alacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Estoniya hökuməti 2028-ci ilə qədər 1,1 milyard avro dəyərində sursat almağa qərar verib.

Banco.az xəbər verir ki, bu barədə ölkənin təhsil və elm naziri və “Eesti 200” partiyasının lideri Kristina Kallas bildirib.

Onun sözlərinə görə, koalisiya sazişi çərçivəsində hazırkı hökumətin mandatının müddəti, yəni 2028-ci ilə qədər 1,1 milyard dollar məbləğində razılıq əldə olunub.

Nazir qeyd edib ki, koalisiya üzvləri bu xərclər üçün ümumilikdə 1,6 milyard avro məbləğində razılığa gəliblər, lakin hazırkı Nazirlər Kabinetinin 2028-ci ildən kənara çıxan qərarlar qəbul etmək səlahiyyəti yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et