Bu ilin yanvar-may aylarında ölkədə əsas kapitala 6 milyard 416,3 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istifadə olunmuş vəsaitin 4 milyard 151,1 milyon manatı və ya 64,7 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 791,0 milyon manatını daxili vəsaitlər təşkil edib.
Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 12,0 faiz artaraq 4 milyard 933,8 milyon manat təşkil edib.