Əriştə satmaqla Forbesə adını yazdıran Vyetnamlı milyarder | Banco.az

Əriştə satmaqla Forbesə adını yazdıran Vyetnamlı milyarder

Fam Nyat Vıonq Vyetnamın ilk milyarderlərindən biridir. O, sərvətini Ukraniyada olarkən qurduğu “Mivina” adlı əriştə markasının hesabına əldə edib. Hal-hazırda Forbes onun sərvətinin dəyərini 2.8 milyard dollar dəyərində qiymətləndirir. Fam bu pilləyə çatana qədər bir çox çətinliklərlə üzləşib. Atası Şimali Vyetnam ordusunda xidmət edərkən anası küçədə çay satmaqla ailəni dolandırmağa çalışırmış. “O, zamanlar mənim yeganə arzum ailəmə yardımçı olmaq idi” deyə o, bildirib. Famın çox güclü riyazi qabiliyyəti olduğu üçün o, Vyetnamdakı geologiya instutuna daxil olur və 19 yaşında Moskva Geologiya İnstutunda təqaüdlü təhsilə qəbul alır. 1993-cü ildə oranı bitirən Fam özü kimi tələbə olan Vyetnamlı bir xanımla ailə həyatı qurur. Təhsilini bitirib ölkəsinə qayıdan milyarder sonralar biznes qurmaq üçün Ukraynaya üz tutur və çətinliklə 10000 dollar toplayaraq orda Vyetnam restoranı açır. Tez bir zamanda onların vəziyyəti yaxşılaşır və Fam “Miniva” adlı hazır əriştə yeməyini satışa çıxarır. Həmin dövrdə ukraynalıların ağır həyat şəraitini və aclığı xatırlayaraq bu yeməyin populyarlaşdığını bildirir. Bu işdən çoxlu gəlir qazanan Fam daha sonra şirkəti 150 milyon dollara Nestle şirkətinə satır və gələn gəlirlə öz ölkəsinə yatırım edir. Milyarder Vingroup adlı şirkət yaradır və şirkət ölkədə çoxlu sayda yeni binaların, turistik yerlərin, xəstəxana, məktəblərin tikilişini həyata keçirir. Fam ölkəsini Sinqapur və Honk Konq kimi inkişaf etmiş bir ölkə etmək niyyətində olduğunu açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

“Əgər bunu etsəm ən xoşbəxt insan olacam. Özümdən sonra nə isə qoymaq istəyirəm. Onsuz da öləndən sonra pul sənə lazım olmur.” deyə Fam bildirib.

 

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et