Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti kəskin artıb | Banco.az

Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti kəskin artıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzi 2022-ci ili 18,216 milyon manat xalis mənfəətlə başa vurub.

Bu, 2021-ci illə müqayisədə 18 dəfə çoxdur.

Ötən il Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin əsas əməliyyat gəlirləri 9,947 milyon manat (əvvəlki ilə nisbətən 14,9% az), sair əməliyyat gəlirləri 60,897 milyon manat (6,1 dəfə çox), ümumi, inzibati və sair əməliyyat xərcləri 52,048 milyon manat (2,6 dəfə çox), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri 170 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 410 min manat (1,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin aktivləri 46,883 milyon manat olub ki, bu da illik müqayisədə 50,8 % çoxdur. Hesabat dövründə Mərkəzin öhdəlikləri 10 % azalaraq 23,026 milyon manata düşüb, balans kapitalı isə 4,3 dəfə artaraq 23,857 milyon manata çatıb.

Xatırladaq ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ölkə prezidentinin 19 mart 2019-cu il tarixli fərmanı ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosu və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməklə məşğuldur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et